Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Rusiyayla müharibədə həlak olan ukraynalı hərbçilərin sayı təxminən 55 min nəfərdir. Zelenski bu rəqəmi çərşənbə günü “France 2” telekanalına müsahibəsində açıqlayıb.
“Ukraynada döyüş meydanında həlak olan hərbçilərin – həm peşəkar, həm də hərbi xidmətə çağırılmış şəxslərin – rəsmi sayı 55 mindir” deyən Zelenski əlavə edib ki, itkin düşmüş hesab edilən “çoxlu sayda insan” da var.
2025-ci ilin fevralında ABŞ-nin NBC telekanalına verdiyi müsahibədə Ukrayna prezidenti döyüş meydanında 46 mindən çox ukraynalı əsgərin həlak olduğunu bildirmişdi.



