Gürcüstanda hökumətin və digər dövlət qurumlarının legitimliyinin tanınmaması cinayət sayıla bilər.
“Gürcü Arzusu” bununla bağlı yeni qanunvericilik təşəbbüsü hazırlayıb.
Baş nazir İrakli Kobaxidze ölkə konstitusiyasına istinad edərək bu ideyanı dəstəkləyib:
“Konstitusiya quruluşu hər kəs tərəfindən tanınmalıdır. Buna görə də hesab edirəm ki, bu, çox vacib və vaxtında irəli sürülmüş təşəbbüsdür. Ümid edirəm ki, parlament bu qanun layihəsini təsdiq mərhələsinə çatdıracaq” (“newsgeorgia.ge”).
Bu təşəbbüs 2024-cü il parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını iddia edən, bu nəticələri tanımayan müxalifətə və etirazçılara cavab kimi qiymətləndirilir.
Onlar prezident Mixeil Kavelaşvilini və 2024-cü il parlamenti tərəfindən təsdiqlənmiş hökuməti də qeyri-legitim hesab edirlər. Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili prezident sarayını çoxdan tərk etmiş olsa da, özünü Gürcüstanda hökumətin yeganə qanuni nümayəndəsi adlandırmağa davam edir.



