Danimarkanın paytaxtı Kopenhagen şəhəri (foto: internet)
“Xoşbəxt şəhərlər indeksi-2026” (“Happy City Index 2026”) araşdırmasının nəticəsi açıqlanıb.
Dünyanın ən yaşanılası və xoşbəxt şəhəri Danimarkanın paytaxtı Kopenhagen elan olunub (https://happy-city-index.com/).
Sonrakı yerləri Helsinki (Finlandiya), Cenevrə (İsveçrə), Uppsala (İsveç), Tokio (Yaponiya), Trondheym (Norveç), Bern (İsveçrə), Malmö (İsveç), Münhen (Almaniya), Orhus (Danimarka) tutur.
Bu şəhərlər yüksək təhlükəsizlik, ekoloji təmizlik və iş-həyat balansı kimi göstəricilər üzrə önə çıxıblar. Tədqiqatçılar insanların gündəlik rifahına təsir edən amillərin məcmusuna görə onları ən rahat şəhərlər adlandırıblar.
Siyahıda London 48-ci, İstanbul 206-cı, Nyu-York 207-ci yerdədir.
Ekspertlər böyük meqapolislərin geri qalmasını bu şəhərlərdəki yüksək stres və sürətli həyat tərziylə əlaqələndirirlər.
Şəhərlərin xoşbəxtlik səviyyəsi 60-dan çox göstərici üzrə, c cümlədən idarəetmə, ətraf mühit, iqtisadiyyat, mobillik (ictimai nəqliyyatın rahatlığı və velosiped yolları) parametrlərinə əsasən müəyyənləşdirilir.
“Politfm”



