İngiltərənin “Çelsi” komandasından ayrılan futbolçusu Antonio Rüdiger İspaniya “Real Madrid”inə keçib.

Azad agent statuslu almaniyalı müdafiəçi ilə 4 illik müqavilə bağlanılıb. Onun təqdimatı iyunun 20-də olacaq.

Rüdiger “Real Madrid”in yay transfer dövründə ilk transferi olub. 29 yaşlı oyunçunu almaq istəyən klub 400 milyon avrosundan keçməlidir.

Qeyd edək ki, bu mövsüm Antonio Rüdiger “Çelsi”nin 31 oyununda 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. “Real Madrid” isə İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi adını qazanıb.