Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub
Tərəflər Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq məsələlərini və bölgədəki vəziyyəti müzakirə ediblər.
Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişin mətni razılaşdırılıb və imzalanmağa hazırdır.
Danışıq zamanı iki ölkə arasında yüksək səviyyəli təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.



