“Azadlıq Radiosu”na maliyyənin dayandırılması ilə bağlı qərar ləğv edildi

ABŞ-nın Qlobal Media Agentliyi (USAGM) “Azadlıq Radiosu / Azad Avropa Radiosu”na verilən qrantın ləğvi ilə bağlı qərarını ləğv etdiyini bildirib. Bu barədə agentliyin mediakorporasiyaya ünvanladığı məktubda qeyd olunur.

Sənəddə həmçinin bildirilir ki, agentlik gələcəkdə qrantı dayandırmaq səlahiyyətini özündə saxlayır.