İsa Qəmbər: Müsavat Partiyası Tofiq Yaqublu ilə bağlı hakimiyyətlə müzakirə təklif edir

Müsavat Partiyasının başqanı İsa Qəmbər öz feysbuk səhifəsində Tofiq Yaqublu ilə bağlı Divanın növbəti iclasında müzakirə olunan məsələlər barədə məlumat yayıb.

Qəmbərin paylaşımına əsasən, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu əsassız olaraq həbs edildikdən sonra aclıq aksiyasına başlayıb. Onun ölüm aclığına başlaması və səhhətindəki ciddi problemlər partiya üzvləri arasında xüsusi narahatlıq doğurur.

Divan iclasında Tofiq Yaqublu və həbsdə olan digər ictimai-siyasi fəallarla bağlı hakimiyyətlə müzakirələr aparılması təklif olunub. Müsavat Partiyası bu təkliflə bağlı hakimiyyətdən cavab gözləyir.

İsa Qəmbər qeyd edib ki, ictimaiyyət və Tofiq Yaqublunun hüquqlarının müdafiəçiləri onun həyatının xilas edilməsi üçün bütün mümkün imkanlardan istifadə etməlidirlər.