“Bir az əvvəl ata ilə danışdım. Təcridxananın tibb məntəqəsində həkimlər hər gün onun qan təzyiqini, çəkisini, ürək döyüntülərini və saturasiyanı ölçürlər.
Bu gün Tofiq Yaqublu aclığının 5-ci günündədir. Artıq çəkisi 91kq 700q-a düşüb. Dünəndən bu günə 400q çəki itirdiyini dedi. Xatırladım ki, aclığa başlamamışdan əvvəl çəkisi 94 kq 800q olub. Həkimlər ürək döyüntülərinin artdığını, saturasiyanın normal olduğunu deyiblər. Təzyiqi 125/75-dir.
Tofiq Yaqublu gözlərinin zəif görməyə başladığını dedi.
P.S Tofiq Yaqublu haqq davasında ona dəstək olan hər kəsə təşəkkürünü bildirdi.”
Tofiq Yaqublunun qızı Nigar Həzi



