KQB generalının arvadı 1967-ci ildə Novruz bayramının qeyd edilməsi haqda yazır
1967-ci il martın 21-də sovet Bakısında onilliklərin qadağalarından sonra ilk dəfə Novruz bayramı geniş və açıq şəkildə qeyd olundu. Məlum olduğu kimi, bunda Azərbaycan KP MK-nın o vaxtkı katibi Şıxəli Qurbanovun böyük rolu olmuşdur.

Deyilənə görə, onun bir müddət sonra gözlənilməz ölümünün səbəbi də məhs Novruzun dirçəldilməsi oldu.
Bu baxımdan o zaman respublikanın rəhbərliyindən olan canlı şahidlərin xatirələri çox maraqlıdır.
Azərbaycanın o vaxtkı DTK sədri Semyon Tsviqunun həyat yoldaşı Roza Tsviqunun o günlərinin emosional xatirələrini təqdim edirik.
Onların qızı Violetta Tsviqun həmin illərdə Azərbaycan Tibb İnstitutunda oxuyurdu.
Roza Tsviqunun xatirələrini onun nəvəsi çap etdirib. Bu xatieələr bayramın özünə açıq-aşkar nifrət və Novruzun dirçəldilməsi ideyasının müəllifi Şıxəli Qurbanova qarşı qəzəbini açıq nümayiş etdirir.
Roza Tsviqunun gündəliyindən:
21.03.1967
“Bakıda yaşadığım bütün illərdə ilk dəfə bu gün azərbaycanlıların, müsəlmanların Yeni ili – Novruz bayramını necə qeyd etdiklərini gördüm. Adı dəyişdirildi, indi Bahar bayramı adlanır, amma bu bayramın ruhu eyni olaraq qalır. Bir neçə gün əvvəl, Pasxa bayramında etdiyimiz kimi, mağaza rəflərində cücərmiş buğda boşqabları peyda oldu. Kiçik vazalarda yumurtalar boyanmış, milli şirniyyatların satıldığı xüsusi pavilyon-yarmarka açılmış, ortasında çadır və metal borulardan hazırlanmış, şamlar səbətlərdə isə kəllə gənd qoyulmuşdur.
Axşam Qız qalasına xeyli adam toplaşdı. Açıq avtomobillə Neftçilər prospekti ilə “Bahar” geyimli qızı at belində keçdi. Onu əllərində məşəl tutan atlılar müşayiət edirdi. Sonra bayram şərəfinə qalanın önündə tonqal yandırıldı. Alovu fəxri qonaqlar: qocaman kommunistlər, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizənin iştirakçıları yandırdılar. (Eləbilki bu gün uğrunda, bayramlarını canlandırmaq üçün döyüşüblər!).
Hava tamamilə qaraldıqda (saat 20-də) qüllədən atəşfəşanlığın başladı, musiqi səsləndi və sənətçilər çıxış etdilər.
“Bakı”, “Baku”, “Azərbaycan müəllimi” qəzetləri Bahar bayramı şərəfinə rəngarəng başlıqlarla doludur. Təəccüblüdür ki, “Bakinski Raboçiy” niyə belə təntənəli gündə bu hadisəyə cavab vermədi?
Bəlkə də el şənliklərini canlandırmaq lazımdır, amma hər bir tədbir ideoloji yönümlü olmalıdır. Hesab edirəm ki, bu bayramın təşkili Mərkəzi Komitənin katibi səviyyəsində aparılmamalıdır.
Bahar bayramını müsəlman Yeni ili ilə birləşdirmək də məqsədəuyğun deyildi. Və əgər belə bir gün keçirilir, o zaman qeyri-iş saatlarında, bazar gününündə olardır ki, təkcə müsəlmanlar deyil, Azərbaycanın bütün sakinləri qeyd edə bilsin. Və şam ilə boyalı yumurta tamamilə uyğun deyil. Axı Rusiya Pasxasını partiya liderləri həvəsləndirmir!
Bu bayram ən ucalığa qaldırıldı. Mətbuat, radio, televiziya – hər şey müsəlman inanclı insanların bayramını xatırladır və danışırdı. Şəhərdə yaşayan ruslar, ermənilər və başqa millətlər birtərəfli şadlıq və ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasından hiddətləndilər.
Düşünürəm ki, kimsə hamının axmaq olduğunu və Azərbaycanda Baharın qeyd olunduğuna inanacağını düşünərək oyun oynamaq qərarına gəlib. Əslində bu bir çoxlarında, hətta liderlər arasında hələ də yaşayan – köhnə adət-ənənələrinə inamı ört-basdır etmək üçün bir bəhanədir. Təəssüf ki, heç kim mənim fikrimi soruşmur və mən bunu yazıram ki, nəslimin xəbəri olsun.
22.03.1967
Qızım marksizm-leninizm əsaslarının təlimlərini düzgün başa düşür və mən çox xoşbəxtəm. Bu gün onların institutunda yüksək əhval-ruhiyyə hökm sürürdü. Hamı “Bahardan” danışırdı ki, bu, onların (azərbaycanlıların) ən sevimli, ən şən bayramıdır və Yeni il dekabrın 31-də deyil, həmişə belə qeyd olunmalıdır. Buna mənim qızım cavab verdi ki, qəbul edilən təqvimdən istifadə edir. Sonra bir tələbə sevinclə qeyd etdi ki, İranda hətta Şah da bu barədə danışıb. “Yaxşı olardı ki siz şaha yox, Sovet hökumətinə diqqət yetirəsiniz” deyə Vela ona cavab verdi. Afərin Velka!!!”
1967-ci ildə Novruz bayramını Şıxəli Qurbanov bax belə mühitdə keçirib.
Bundan sonra Novruz uzun illər, sovet höküməti yaşadıgı dövründə, yarı rəsmil qaldı.
ŞAHİN HACIYEV. TURAN İA- nın REDAKTORU






