İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ əleyhinə şüarlar səsləndirir (Foto: “iranintl.com”

 

“İran xalqının 14 bəndlik təklifdə qeyd olunan hüquqlarını qəbul etməkdən başqa alternativ yoxdur. İstənilən digər yanaşma tamamilə nəticəsiz qalacaq, bir-birinin ardınca gələn uğursuzluqlardan başqa bir şey olmayacaq. Onlar nə qədər çox vaxt itirsələr, Amerika vergi ödəyiciləri bunun bədəlini bir o qədər çox ödəyəcəklər”.

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf “X” platformasındakı hesabında belə yazıb.

O, həmçinin bildirib ki, İran silahlı qüvvələri istənilən təcavüzkara dərs verməyə hazırdır:
“Yanlış strategiya və yanlış qərarlar hər zaman yanlış nəticəyə gətirib çıxaracaq, bütün dünya artıq bunu başa düşüb. Biz hər varianta hazırıq, onlar məğlub ediləcəklər”.

“Politfm”