Foto: internet
Naxçıvanda işsizlərin sayı təxminən 50% artıb.
Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin sonunda orda rəsmi qeydiyyatda olan işsizlərin 14 min 504 nəfərdir.
2024-cü ildə bu göstərici 9 min 677 nəfər olub.
Builki statistika ötən ilin göstəricisindən təxminən 50% çoxdur.
Komitə məşğul əhalinin sayının 261 min nəfər olduğunu açıqlayıb.
“Politfm”



