Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silahdan və ya digər əşyadan istifadə etməklə törədildikdə) və 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, Hacı Vəliyev Gənc Qazilər Birliyinin sədridir.



