Politfm xəbər verir ki, AXCP Binəqədi Rayon şöbəsinin üzvü Zaur Rzalı, bu gün Nərimanov Rayon ərazisində yerləşən avtomobil yuma məntəqəsindən üç mülki geyimli şəxs tərəfindən zorakı şəkildə avtomobilə salınaraq, naməlum istiqamətdə aparılıb. Hal-hazırda onun harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.
Yeniləmə: Zaur Rzalı barəsində Nərimanov Rayon məhkəməsinin qərarı ilə 30 gün müddətinə inzibati qaydada həbs cəzası verilib.



