ABŞ Konqresinin 100 yerlik Senatının yarısı — 25 respublikaçı və 25 demokrat — Rusiyanın Ukrayna ilə sülh danışıqlarından imtina etdiyi halda və ya razılaşmanı pozması halında ona qarşı birincili və ikincili sanksiyaları nəzərdə tutan iki partiyalı qanun layihəsini dəstəkləyib.

Bloomberg-in məlumatına görə, layihə nəzərdə tutur:

1. Rusiyadan neft, neft məhsulları, təbii qaz və ya uran alan ölkələrdən idxala 500% rüsum tətbiq edilməsi;

2. Rusiyadan uran alan hər hansı bir ölkəyə qarşı sanksiyalar;

3. ABŞ maliyyə qurumlarının Rusiya hökuməti ilə əlaqəli təşkilatlara investisiya qoymasının qadağan edilməsi;

4. ABŞ vətəndaşlarının Rusiya dövlət istiqrazlarını almağının qadağan edilməsi.

Qanun layihəsinin əsas müəllifləri respublikaçı Lindsi Qrem və demokrat Riçard Blumentaldır.