Əhməd Məmmədli barəsində həbs qətimkan tədbiri seçildi
İki gün öncə saxlanılan jurnalist Əhməd Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4( qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (xuliqanlıq) maddələri ilə istintaq işləri aparılır.
Məmmədli günahsız olduğunu və jurnalist fəaliyyətinə görə həbs edildiyini bildirib.



