“Meydan TV” işi üzrə saxlanılan Ülviyyə Əli barəsində 1 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Jurnalist məhkəməyə gətirilən zaman qollarındakı qandalı göstərərək “medianın qoluna qandal vurublar” deyib.
Məhkəmədə iddia olunub ki, jurnalistin evində axtarış aparılan zaman döşəyinin altından 6000 avrodan çox pul tapılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Jurnalistin vəkili Elvin Ələmov Meydan TV-yə bildirib ki, Ülviyyə Əli ifadə verməkdən imtina edib.
Bildirilir ki, Ülviyyə Əli saxlanılarkən təzyiqə məruz qalıb, kompüteri götürülüb.
Ülviyyə Əli “Meydan TV işi” ilə bağlı indiyə qədər saxlanılan sayca 11-ci jurnalistdir.



