Foto: “Armenpress”

 

 

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası və “ŞƏT plyus” formatında yüksək səviyyəli görüş keçiriləcək.

Bildirilir ki, liderlər regional və beynəlxalq məsələləri, həmçinin siyasi, iqtisadi, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığı müzakirə edəcəklər.

Sammitin yekununda ŞƏT-in 25 illiyinə həsr olunan Bişkek Bəyannaməsinin qəbul ediləcək.

Tədbirdə iştirak etmək üçün bu gün Qırğızıstana gedən Prezident İlham Əliyev orda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb (APA).

Onlar 8 avqust 2025-ci il Vaşinqton Sülh Zirvə görüşünün nəticələri, Birgə Bəyannamə və sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyəti barədə danışıblar.
Görüşdə Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, Azərbaycan ərazisi ilə tranzit, iki ölkə arasında ticarət və enerji əməkdaşlığının genişləndirilməsi imkanları da müzakirə olunub.

Həmçinin dövlət sərhədinin delimitasiyası, TRIPP layihəsinin həyata keçirilməsi və qarşılıqlı etimadın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev və Nikol Paşinyan sülhün möhkəmləndirilməsi, münasibətlərin normallaşdırılması və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

“Politfm”