UKRAYNA PREZİDENTİ: “DANLŞIQLARDAN KƏNARDA QALA BİLMƏRİK”

Ukrayna Prezidenti Volodimir Zelenski Associated Press-ə verdiyi müsahibəsində müharibə ilə bağlı danışıqlara diqqət çəkərək, Ukraynanın bu danışıqlardan kənarda qalmamalı olduğunu vurğulayıb.

Zelenski Rusiyanın ABŞ ilə müharibə ilə bağlı apardığı danışıqlarda Ukraynanın iştirak etməməsinin çox təhlükəli olduğunu bildirib və ABŞ ilə daha sıx təmasların qurulmasının vacibliyini qeyd edib. O deyib: “Onlar öz aralarında danışıqlar apara bilərlər, lakin müharibə ilə bağlı müzakirələrdə bizim kənarda qalmağımız çox təhlükəlidir.”

Dövlət başçısı sülh danışıqlarında Rusiya, ABŞ və Ukraynanın iştirak edəcəyini, eyni zamanda, Avropa İttifaqının da sülh masasında öz mövqeyini bildirməsinin vacib olduğunu vurğulayıb.

Zelenski həmçinin Rusiyanın sülhə məcbur edilməsində enerji və bank sisteminə tətbiq olunan sanksiyaların çox faydalı olacağını qeyd edib və eyni zamanda, Ukraynanın hərbi gücünün gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.

POLİTFM.COM