Foto: skrinşot

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya neftinə qoyulmuş sanksiyanın bərpa olunmasını istəyir. O bu barədə Ukrayna xalqına dünənki canlı müraciəti zamanı danışıb.   

Zelenski ABŞ-nin İrana münasibətdə diplomatiyaya üstünlük verməsini təqdir edib.

“Atəşkəs həmişə diplomatiya üçün daha geniş imkanlar yaradır. Müharibənin real olaraq başa çatmasından əvvəl atəşkəs olmalıdır. Ukrayna digər müharibəyə – Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə də daim bu mövqedən yanaşıb” – Ukrayna prezidenti belə deyib.

O qeyd edib ki, nəticə etibarilə hamı üçün məqsəd eyni olmalıdır – daha yüksək təhlükəsizlik səviyyəsi:

“Yaxın Şərqdə atəşkəsin sadəcə elan edilməsi belə bazarların müsbət reaksiya verməsinə səbəb olub – neft qiymətləri kəskin şəkildə aşağı düşüb. Eyni zamanda bu, Rusiyaya münasibətdə də bir siqnaldır: uzunmüddətli sanksiyalarla yanaşı, digər alətlər də işləkdir. Artıq sanksiya təzyiqinin zəiflədilməsi üçün faktiki əsaslar qalmayıb”.

Sanksiyaların yumşaldılmasının qlobal neft bazarını sabitləşdirmək zərurəti kimi əsaslandırılırdığını xatırladan Ukrayna prezidenti neft gəlirlərinin Rusiyaya müharibəni davam etdirmək üçün yeni imkanlar yaratdığını vurğulayıb:

“Hörmüz boğazı açıq qalsa – ki, bu, qlobal əhəmiyyət daşıyır, – Rusiyanın neft gəlirləri azalmağa davam etməlidir. Neft Rusiyanın müharibəsini maliyyələşdirir və onu daha da cəsarətləndirir. Rusiya İran rejimini dəstəkləməyə məhz buna görə böyük resurslar sərf edib və həmin münaqişənin uzanmasına çalışıb”.

“Politfm”