Dünya Bankı Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 2026-cı ildə 2%, 2027-ci ildə isə 1,8% artacağını proqnozlaşdırır.

Bu barədə qurumun Avropa və Mərkəzi Asiya regionu üzrə iqtisadi perspektivlərə dair aprel hesabatında qeyd olunur.

Yanvar qiymətləndirmələriylə müqayisədə proqnozlar müvafiq olaraq 0,2 və 0,1 faiz bəndi artırılıb.

2025-ci ildə Azərbaycanda iqtisadi artım 1,4% təşkil edib. Bu, 2024-cü ilin göstəricisindən, demək olar ki, üç dəfə azdır. Hesabatda bu zəifləmənin əsas səbəbi kimi neft hasilatının həcminin əhəmiyyətli dərəcədə azalması göstərilir.

“Politfm”