Foto: “Reuters”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə iyunun 15–17-də Fransada keçiriləcək G7 Sammiti çərçivəsində görüşməyi təklif edib.
“Biz mesaj göndərdik ki, G7 zamanı Putinlə görüşməyə hazırıq. Çünki orada [ABŞ Prezidenti] Tramp və [Fransa Prezidenti] Makron da olacaq. Yəni Avropa və Amerika bir arada təmsil olunacaq. Hesab edirəm ki, bu, hamımızın birlikdə görüşməsi üçün çox yaxşı imkandır” – Zelenski bunları iyunun 15-də jurnalistlərlə Kiyevdəki söhbəti zamanı deyib.
O həmçinin qeyd edib ki, həm ABŞ Prezidenti Donald Trampa, həm də Fransa Prezidenti Emmanuel Makron təklif barədə məlumat verilib. Ukrayna liderinin sözlərinə görə, Rusiya tərəfi bir daha nümayiş etdirib ki, “müharibəni başa çatdırmaq barədə danışmağa hazır deyil”.
İyunun əvvəlində Zelenski Putinə açıq məktub ünvanlayaraq ona atəşi bütün cəbhə xətti boyunca qarşılıqlı şəkildə dayandırmağı və neytral ərazidə görüşməyi təklif etmişdi. Ukrayna Prezidenti həmçinin qeyd etmişdi ki, Rusiya vətəndaşları müharibədən yorulublar və “onların loyallığını satin almağa davam etmək üçün Moskvanın nə kifayət qədər maliyyə resursu, nə də siyasi gücü var”.
Putin isə mətndə “kobudluq elementləri” olduğunu demiş və məktubun “görüşləri ümumiyyətlə mümkünsüz edən şərait yaratmaq məqsədilə” yazıldığını iddia etmişdi. Onun sözlərinə görə, görüş Ukrayna tərəfinə “Rusiya Silahlı Qüvvələrinin hücumunu dayandırmaq üçün” lazımdır.
“Politfm”



