Foto: internet


Milli Məclisin bu gün – aprelin 27-də keçirilmiş iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsi müzakirə edilib.

Deputat Vüqar Bayramov Azərbaycanda kreditlər üçün ilkin ödəniş tələb edilməsi və kretdit faizlərinin yüksək olması problemlərindən danışıb.

“Avropa İttifaqında biznes kreditləri üzrə orta göstərici 3.5 faiz, istehlak kreditləri üzrə 7.0 faiz olsa da, avtomobil lizinqləri üzrə faiz dərəcəsi daha azdır – təxminən 2% faizdir. Qazaxıstanda orta kredit faizi 19%, avtomobil kreditləri üzrəsə 14 faizdir. Azərbaycanda nağd kreditlər üzrə faizlər orta hesabla 11 faizdən başlasa da, lizinq üçün faktiki illik faiz dərəcəsi 14 faizdən başlayır. Digər tərəfdən ilkin ödəniş tələbi də var” – Bayramov belə deyib.

Qeyd edək ki, bu göstərici ABŞ-də 4-6%, Yaponiyada 1-2.5%, İsveçrədə 1.5-3%, Çində isə 4-6% aralığındadır.


“Politfm”