Foto: “GrandsLacsNews” 


Uqanda ordusunun komandanı və ölkə prezidentinin oğlu Muhoozi Kainerugaba Türkiyəyə qarşı 2 tələb irəli sürüb.

Bu barədə “The Economic Times” nəşri yazıb.

Kainerugabanın “X” platformasındakı paylaşımına istinadən hazırlanmış xəbərdə onun Türkiyədən aşağıdakıları tələb etdiyi bildirilir:

1. Kainerugaba iddia edib ki, Uqanda ordusu Somalidə terrorizmlə mübarizə apararaq təhlükəsizliyi təmin edir, Türkiyə isə bu ölkədə hava limanının tikintisi kimi infrastruktur layihələrindən qazanc əldə edir. Buna görə də “təhlükəsizlik dividendi” kimi Türkiyə Uqandaya 1 milyard ödəməlidir.

2. Türkiyənin ən gözəl qadını həyat yoldaşı olaraq ona verilməlidir.

Ordu komandanı bu tələbləri yerinə yetirməsi üçün Türkiyəyə 30 gün vaxt verib. Əks halda Türkiyənin paytaxt Kampaladakı səfirliyinin bağlanacağını, diplomatik əlaqələrin tamamilə kəsiləcəyini, “Turkish Airlines” aviaşirkətinin Uqanda hava məkanından istifadəsinin qadağan ediləcəyini bildirib.

Muhoozi Kainerugaba əvvəllər də qalmaqallı çıxışlarıyla gündəmə gəlib. Məsələn, 2022-ci ildə o, İtaliyanın Baş naziri Corcia Meloniylə evlənmək müqabilində bu ölkəyə100 inək təklif etmişdi.

“Politfm”