Foto: “Fire Point”



Ukraynanın “Fire Point” müdafiə sənayesi şirkəti yeni “FP-7.x” zenit raketinin ilk uğurlu sınağını həyata keçirib.

Bu barədə “Financial Times” qəzetinə şirkətin həmtəsisçisi və baş konstruktoru Denis Ştilyerman məlumat verib.

O bildirib ki, “FP-7.x” ABŞ-nin “Patriot” və Fransa-İtaliya istehsalı olan SAMP/T raketlərinin daha ucuz analoqudur, Rusiyanın ballistik raketlərini və dronlarını məhv etmək üçün nəzərdə tutulub.

Bu raketin də daxil olduğu yeni HHM sitemi “Freyja” adlandırılıb. Qurğuda hədəflərin aşkarlanması üçün radarlar və idarəetmə sistemi də olacaq. Ukrayna bu komponentləri Avropadakı tərəfdaşlarından əldə etməyə ümid edir.

 “Fire Point” şirkəti bu istiqamətdə Almaniyanın “Hensoldt” və “Thales”, İtaliyanın “Leonardo” və Norveçin “Kongsberg” şirkətləriylə əməkdaşlıq imkanlarını müzakirə edib.

“Layihənin tamamlanması Qərb tərəfdaşlarımızın nə dərəcədə operativ hərəkət etməsindən asılıdır” – Denis Ştilyerman belə deyib.

“Politfm”