Foto: Balint Sentgallay/”Getty Images”
Macarıstan parlamentinin deputatları dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq və yeni Baş nazir Peter Macyarın mürəkkəb büdcə şəraitində tələb etdiyi dürüstlük prinsiplərini nümayiş etdirmək məqsədilə maaşlarının 40% azaldılması barədə razılığa gəliblər.
Apreldə keçirilən parlament seçkilərindəki qələbəsindən qısa müddət sonra bu təklif parlamentin bütün 189 üzvü tərəfindən yekdilliklə qəbul olunub.
Macarıstanın RTL telekanalına ötən ay verdiyi müsahibədə Macyar bu addımı “təvazökarlıq nümunəsi” adlandırmışdı.
Gələn aydan etibarən Macarıstan deputatlarının baza aylıq əməkhaqqı 3690 avro təşkil edəcək. Parlamentdəki mühafizəkar çoxluğun fikrincə, bu qərar hesabına qurumun bir illik fəaliyyət xərclərinə bərabər vəsaitə qənaət etmək mümkün olacaq.
Deputatların mobil rabitə xərclərinin kompensasiyası ləğv edilib, həmçinin ofis icarəsi, mənzil və işçi heyətilə bağlı parlament ödənişləri də azaldılıb.
Macyar bu islahatları maliyyə intizamının gücləndirilməsi, o cümlədən Avropa İttifaqı ölkələrindəki korrupsiyaya qarşı mübarizə üzrə daha geniş səylərin tərkib hissəsi kimi təqdim edib.
Milli Dürüstlük İdarəsinin rəhbəri Ferents Bironun sözlərinə görə, keçmiş baş nazir Viktor Orbanın 16 illik hakimiyyəti dövründə korrupsiya Macarıstana ən azı 186 milyard avro zərər vurub.
Biro demokratiya məsələləriylə məşğul olan “De Akciokozosseg” vətəndaş birliyinə ötən bazar verdiyi müsahibədə bildirib ki, əvvəlki hökumət ondan nəzarət səlahiyyətlərini həyata keçirməməyi tələb edib.
“Politfm”



