Foto: BBC
Dünən gecə saatlarında Ukraynaya məxsus silahsız uçuş aparatı Moskva şəhərində – Kremldən təxminən 6 km məsafədə yerləşən çoxmərtəbəli yaşayış binasına çırpılıb.
Paytaxtın meri Sergey Sobyanin heç kimin xəsarət almadığını açıqlayıb.
Qələbə günü münasibətilə QIzıl meydanda keçiriləcək parada cəmi beş gün qalıb. Rusiya prezidentinin köməkçisi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, parad təhlükəsizlik tədbirləri nəzərə alınmaqla keçiriləcək və Vladimir Putinin tədbirdə mühüm çıxışı olacaq.
“Politfm”



