foto: BBC

 

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bildirib ki, Hörmüz boğazında olan bir tanker atəşə məruz qaldığını xəbər verib (BBC).

 

Məlumata görə, tanker İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus iki qayıq tərəfindən atəşə tutulduğunu bildirib.

İnsidentin Oman sahillərindən təxminən 20 dəniz mili (təxminən 37 km) şimal-şərqdə baş verdiyi ehtimal olunur. UKMTO-nun kapitana istinadən verdiyi məlumata görə, hazırda gəmi və ekipaj üçün hər hansı təhlükə yoxdur.

Bundan əlavə, “Reuters” agentliyinə danışan üç mənbə bildirib ki, ən azı iki ticarət gəmisi boğazdan keçməyə cəhd edərkən atəşə məruz qaldıqlarını iddia edib.

Dənizçilik sektorundakı mənbələr agentliyə bildiriblər ki, bəzi gəmilər İran Hərbi Dəniz Qüvvələrindən Hörmüz boğazının yenidən bağlandığı və bütün gəmilər üçün keçidin qadağan edildiyi barədə xəbərdarlıq alıblar.

 

“Politfm”