Foto: inrernet

 

 

İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bu gün – aprelin 18-də Antalya Diplomatiya Forumundakı çıxışında bildirib ki, ABŞ ilə növbəti danışıqlarüçün hələ tarix müəyyən edilməyib və hər hansı növbəti mərhələ yalnız əvvəlcədən çərçivə razılaşması əldə olunarsa mümkün olacaq.

O qeyd edib ki, İran yalnız beynəlxalq hüquqa əsaslanan “konstruktiv” danışıqlarda iştirak edəcək və Vaşinqtonun irəli sürdüyü “maksimalist tələbləri” qəbul etməyəcək.

Xətibzadə deyib ki, danışıqların davam etdirilməsi üçün əvvəlcə ümumi çərçivə üzrə razılıq əldə olunmalıdır.

O, İranın öz zənginləşdirilmiş uran ehtiyatlarından imtina edəcəyilə bağlı deyilənləri təkzib edib və bildirib ki, həmin ehtiyatlar İranın nəzarəti altında qalacaq.

 

“Politfm”