Foto: “sozcu.com.tr”



Türkiyənin Milli Müdafiə Nazirliyi “Yıldırımhan” adlı ilk uzunmənzilli, qitələrarası ballistik raketini təqdim edib. Bu, ölkənin müdafiə sənayesinin hazırladığı ən uzaqmənzilli və ən sürətli raketdir.

 

Raketin uçuş məsafəsi 6000 kilometrdir, sürəti 9-25 Max (yəni səsin sürətindən 9-25 dəfə çox) arasında dəyişir. Dörd mühərriklə təchiz edilmiş raketdə yanacaq komponenti kimi azot-tetraoksiddən istifadə olunur, HHM sistemlərindən yayınmaq potensialına malikdir.

 

“Politfm”