Foto: AP
ABŞ prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanın yenidən seçilməsinə “tam və qeyd-şərtsiz dəstəyini” ifadə edib, onu Ermənistanı “güclü, varlı və çox təhlükəsiz” edən “böyük dost və lider” adlandırıb.
Tramp özünün “Truth Social” platformasında paylaşdığı mesajda ABŞ dövlət katibi Marko Rubionun 26 mayda Yerevana səfəri zamanı Ermənistan və ABŞ arasında imzalanmış ikitərəfli sazişlərin əhəmiyyətini vurğulayıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyan – mənim böyük dostum və lider – öz ölkəsini güclü, varlı və çox təhlükəsiz edir! Nikol Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün mənim SÜLH və RİFAH barədə mövqeyimi tam bölüşür. Dövlət katibimiz Marko Rubio təzəlikcə Ermənistanda olub və orada hər iki ölkə üçün bir sıra mühüm razılaşmaları irəlilədib. Yaxın vaxtlarda ABŞ və Ermənistan birlikdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçirilməsinə başlayacaqlar. Bu layihə Cənubi Qafqazı dəyişdirəcək və bizim möhtəşəm Amerika enerji şirkətlərimizin Mərkəzi Asiyadan ABŞ-yə qədər çıxış əldə etməsinə kömək edəcək. Məhz bu səbəblərə görə 7 iyun 2026-cı ildə keçiriləcək seçkilərdə yenidən seçilməsi üçün Nikola dəstəyim TAM və QEYD-ŞƏRTSİZDİR. Nikolun köməyilə biz ABŞ-ni, Ermənistanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı indiyədək görünməmiş zirvələrə qaldıracağıq. Ermənistanı yenidən möhtəşəm edək – MAGA” – Tramp paylaşımında belə yazıb.
“Politfm”



