Donald Tramp dünən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verib. Foto: AFP
Prezident Donald Tramp martın 15-də “Air Force One” təyyarəsində jurnalistlərə verdiyi açıqlamada, daha sonra özünün “Truth Social” platformasındakı paylaşımlarında müttəfiqləri sərt tənqid edib:
Tramp bildirib ki, Hörmüz boğazından keçən enerjinin əsas alıcıları Yaponiya, Çin, Cənubi Koreya və Avropadır. O, ABŞ-nin artıq bu ölkələrin enerji təhlükəsizliyini təkbaşına maliyyələşdirməyəcəyini vurğulayıb.
Tramp NATO müttəfiqlərinə xəbərdarlıq edib ki, boğazın açılmasına hərbi dəstək verməsələr, alyansın gələcəyi “çox pis” olacaq.
O, həmçinin Çin lideri Si Cinpinlə planlaşdırılan sammiti təxirə sala biləcəyini deyərək Pekini də Tehran üzərindəki təsirindən istifadə etməyə çağırıb.
Trampın bu çağırışına Yaponiya və Avstraliya faktiki olaraq ehtiyatlı bir rədd cavabı ilə qarşılıq veriblər:
Yaponiyanın Baş naziri Sanae Takaiçi parlamentdəki çıxışında bildirib ki, ölkənin sülhməramlı konstitusiyası hazırkı şəraitdə bölgəyə hərbi gəmilərin göndərilməsinə icazə vermir. Müdafiə naziri Şinciro Koizumi də əməliyyatın hüquqi çərçivəsinin olmadığını qeyd edib.
Nəqliyyat naziri Ketrin Kinq ölkənin bölgəyə gəmi göndərməyəcəyini və hazırda açıqlayıb.
Fransa və Almaniya ABŞ-nin İrana qarşı “maksimum təzyiq” siyasətinin və hərbi zərbələrinin (xüsusilə Hark adasındakı hərbi hədəflərin vurulmasının) gərginliyi idarəolunmaz həddə çatdırdığını düşünürlər.
“Politfm”



