rusiya sərhəd SDK


Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə uzadıldı.
Baş nazir Əli Əsədovun bu gün – martın 16-da imzaladığı qərarda bildirilir ki, “Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılıb”.

Azərbaycanda karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.

Son dövrlərdə hakimiyyət rəsmiləri quru sərhədlərindəki giriş-çıxış məhdudiyyətini təhlükəsizlik amiliylə izah ediblər. Üç gün əvvəl Baş nazir Əli Əsədov da Milli Məclisdə deyib ki, regiondakı hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu təsdiqləyir.

Amma Baş nazirin bu gün imzaladığı qərarda karantin səbəbinin pandemiya olduğu göstərilib.

Pandemiyanın başa çatdığını Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 3 il bundan əvvəl -2023-cü ilin mayında açıqlayıb.

Dünyada 2019-cu ilin sonlarında aşkar edilən yeni koronavirusun sürətlə yayılması nəticəsində 2020-ci il martın 11-də ÜST

pandemiya elan edib. Bu virusdan təxminən 7 milyon şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanın açıqladığı rəqəmlərə görə, ölkədə koronavirusa 830 mindən çox adam yoluxub, onlardan 10 min 400 nəfəri vəfat edib. Son illərdə yoluxma hallarının kəskin azaldığı vurğulanır.

“Politfm”