Foto: “Reuters”



ABŞ İrana qoşun göndərməyəcək.

“Bunu etsəydim belə, təbii ki, sizə deməzdim. Amma mən qoşun göndərməyəcəm” – ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Sanae Takaiti ilə görüşü zamanı jurnalistlərə belə deyib.

Amerika prezidenti İrana qarşı müharibə kontekstində Yaponiyanın göstərdiyi səyləri yüksək qiymətləndirib, Tokionun dəstək zəmanəti verdiyini vurğulayıb:

“Yaponiyanın bizə dünənki və srağagünkü açıqlamalarına əsasən hesab edirəm ki, onlar həqiqətən də öz üzərlərinə məsuliyyət götürürlər – bəli, NATO-dan fərqli olaraq”.


İki gün əvvəl Tramp bəyan etmişdi ki, ABŞ-nin İranda nə NATO üzvlərinin, nə də Yaponiyanın köməyinə ehtiyacı var.

Sanae Takaiti isə görüş zamanı qeyd edib ki, “Sülhə yalnız Tramp nail ola bilər”.

“Politfm”