Dünya ölkələrinin xoşbəxtlik indeksi açıqlanıb.

Azərbaycan 147 ölkə arasında 102-ci yerdədir.

BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi hər il mart ayında “Dünya xoşbəxtlik hesabatı” dərc edir. 2026-cı ilin nəticələrinə  görə, Finlandiya artıq 9-cu ildir ki, dünyanın ən xoşbəxt ölkəsi statusunu qoruyub saxlayır (“World Happiness Report-2026”).

Xoşbəxtlik indeksi adambaşına düşən ÜDM, sosial dəstək, sağlam ömür uzunluğu, azadlıq, səxavətlilik və korrupsiya səviyyəsi kimi faktorlar əsasında hazırlanır.

Sənəd ilk dəfə 2012-ci ildə, BMT-nin xoşbəxtlik və rifah üzrə Yüksək Səviyyəli Toplantısının dəstəyilə hazırlanıb. 

Bu il ilk 10-luqdakı ölkələr aşağıdakılardır:


1. Finlandiya
2. İslandiya
3. Danimarka
4. Kosta-Rika
5. İsveç
6. Norveç
7. Niderland
8. İsrail
9. Lüksemburq
10. İsveçrə

Qonşu ölkələrə gəlincə, Rusiya 79, Ermənistan 89, Gürcüstan 91, Türkiyə 94, İran 97-ci pillədədirlər.

Keçən il olduğu kimi, bu dəfə də ən sonuncu – 147-ci pillədə dünyanın ən bədbəxt ölkəsi sayılan Əfqanıstan yer alıb.

“Politfm”