Foto: Getty İmages

 

ABŞ-nin İnsan Haqları İnformasiya Agentliyi (HRANA) İranda həlak olanların sayı barədə hesabatını yeniləyib.

Sənədə əsasən, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların əvvəlindən bəri ölənlərin ümumi sayı 3186 nəfərə çatıb.
İtki tərkibinin aşağıdakı kimi olduğu bildirilir:

• mülki əhali – 1394 nəfər (ən azı 210-u uşaqdır);
• hərbi itkilər – 1153 nəfər;
• naməlum status – 639 nəfərin taleyi və statusu hələlik müəyyən edilməyib.

HRANA qeyd edib ki, ölənlərin təsnifatı hərbi əməliyyatların coğrafiyası və intensivliyi nəzərə alınmaqla aparılıb.

“Politfm”