Foto: AFP via Getty Images


ABŞ Prezidenti Donald Tramp martın 25-də Konqresin respublikaçı üzvləriyə şam yeməyində deyib ki, İran rəsmiləri razılaşma əldə etməkdə maraqlıdırlar, amma bundan qorxurlar.

Bu barədə “Associated Press” məlumat yayıb.

“Onlar bizimlə danışıqlar aparırlar və həqiqətən də saziş əldə etmək istəyirlər, lakin bu barədə danışmağa qorxurlar, çünki xalqın onları öldürəcəyini düşünürlər” – Tramp belə deyib.

O həmçinin qeyd edib ki, heç kim İrana rəhbərlik etmək istəmir.

“Onlar öldürəcəyimizdən qorxurlar” deyə, Tramp əlavə edib.

Trampın danışıqlar barədə açıqlaması İranın rəsmi mövqeyilə ziddiyyət təşkil edir. Xarici işlər naziri Abbas Əraqçı bildirib ki, İran Vaşinqtonla heç bir danışıqlar aparmır və mübarizəni davam etdirəcək.

“Politfm”