Foto: “RadioSvoboda”

 

İran Silahlı Qüvvələri bu gün – aprelin 18-də bəyan edib ki, Vaşinqtonla aparılan danışıqlar çərçivəsində qəbul edilmiş qərarını dəyişərək Hörmüz boğazı üzərində “sərt nəzarəti” bərpa edir.

 

Dövlət televiziyasında yayımlanan açıqlamada hərbçilər bildiriblər ki, Vaşinqton İran limanlarına gedən və oradan çıxan gəmilərə qarşı dəniz blokadasını davam etdirərək verdiyi vədi pozub.

Bəyanatda qeyd olunur ki, ABŞ İranla əlaqəli bütün gəmilər üçün sərbəst hərəkəti bərpa etməyənə qədər Hörmüz boğazında vəziyyət ciddi nəzarət altında saxlanılacaq.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Tehranla sülh razılaşması əldə olunmayacağı təqdirdə İran limanlarına qarşı blokadanı davam etdirməyi planlaşdırır.

“Politfm”