Rusiyanın “Ust-Luga” neft tankeri (arxiv fotosu, “dw.com”)
ABŞ Prezidenti Donald Trampın administrasiyası bəzi ölkələrə sanksiyalar altında olan Rusiya nefti və neft məhsullarını almağa imkan verən istisnaların müddətini uzadıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, bununla Vaşinqton ABŞ–İsrail–İran qarşıdurması fonunda kəskin yüksəlmiş qlobal enerji qiymətlərini cilovlamağa çalışır.
ABŞ Maliyyə Nazirliyi aprelin 17-nə tankerlərə yüklənmiş neftin alışına 16 maya qədər icazə verib. Bu, əvvəlcə verilmiş və müddəti 11 apreldə başa çatmış 30 günlük icazə müddətinin uzadılması deməkdir. Məlumat nazirliyin rəsmi sənədində yer alıb.
Agentlik qeyd edir ki, bu qərar maliyyə naziri Skott Bessentin bu icazənin uzadılmayacağı barədə açıqlamasından cəmi iki gün sonra qəbul edilib.
“Reuters” vurğulayır ki, belə istisnalar Qərbin Rusiyanı Ukraynadakı müharibədən əldə etdiyi gəlirlərdən məhrum etmə səylərini çətinləşdirə və Vaşinqtonla onun müttəfiqləri arasında fikir ayrılıqlarına səbəb ola bilər. Məsələn, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen daha əvvəl bildirib ki, hazırkı şərait Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün uyğun zaman deyil.
“Politfm”



