Foto: “wsls.com”

 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, növbəti çərşənbəyə qədər İranla razılaşma əldə edilməsə, atəşkəs uzadılmaya bilər:


“Bu halda siz mühasirənin şahidi olacaqsınız və təəssüf ki, biz bombardmanı yeniləmək məcburiyyətində olacağıq” – Tramp prezident təyyarəsində jurnalistlərin suallarına cavab verən zamanı belə deyib.

O, İranla danışıqlarda hər şeyin çox yaxşı getdiyini qeyd etsə də, detalları açıqlamayıb, “Siz bu haqda eşidəcəksiniz” deməklə kifayətlənib.

ABŞ prezidenti İranın zənginləşdirilmiş uranını istənilən yolla məhv edəcəklərini vurğulayıb:

“Biz bunu ya iranlılarla, ya da qeyri-dost yolla edəcəyik. İstənilən yolla bunu edəcəyik”.


“Politfm”