Çin Xalq Respublikasının Sədri Si Tsinpin bu gün – aprelin 10-da Tayvanın ən böyük müxalifət partiyasının lideri Çjen Livenlə görüşüb.
Liven son 10 ildə Çinə səfər edən ilk müxalif partiya lideridir.
O, Si Tsinpinin və Çin Kommunist Partiyasının (ÇKP MK) dəvətilə bu ölkəyə altı günlük səfərə gedib.
Görüşdə həm Liven, həm Tsinpin Tayvan boğazında sülhün qorunub saxlanmasısında maraqlı olduqlarını vurğulayıblar (BBC).
2016-cı ildə – Tayvanda Demokratik Tərəqqi Partiyasının (DTP) nümayəndəsi, “vahid Çin dövləti” konsepsiyasını dəstəkləməyən Tsay İnven hakimiyyətə gəldikdən sonra Pekin bu ölkəylə yüksək səviyyəli təmasları dayandırmışdı.
DTP üzvləri və digərləri Çinə səfərinə görə Liveni tənqid edərək onu Pekinə tabe olmaqda günahlandırlar.
Si Tsinpin onunla görüşü zamanı deyib ki, “Bu gün iki partiyanın liderləri ortaq evimizin sülh və sabitliyini qorumaq, boğazlararası münasibətlərin dinc inkişafına töhfə vermək və gələcək nəsillərə parlaq, gözəl gələcək imkanı yaratmaq üçün bir araya gəliblər”.
Tsinpin əlavə edib ki, Çin müxtəlif tərəflərlə, o cümlədən Qomindan Partiyasıyla dialoqu gücləndirməyə hazırdır, amma bu, yalnız o zaman mümkün ola bilər ki, təşkilat Tayvanın müstəqilliyi ideyasından vaz keçsin.
“Politfm”



