Foto: internet




Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsil verənlər üçün geyimlə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində təhsil alan övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) geyim formasıyla bağlı tələblərə riayət etməsinə nəzarət də daxil ediləcək. “Ümumi təhsil haqqında” Qanuna təklif edilən yeni 24.2.2-1-ci maddəyə əsasən, təhsil alanların geyim forması tələblərinə riayət edilməsinin valideynlər və ya digər qanuni nümayəndələr üzərinə vəzifə olaraq qoyulması təklif olunur.
Hazırda şagirdlər üçün vahid geyim formaları tətbiq edilir.

“Politfm”