Foto: internet

 


Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi bu ilin yanvar-may aylarında 1,3 milyard dollar dəyərində olub. Bu, keçənilki göstəricidən 36,7% azdır.

Hesabat dövründə Azərbaycanın Rusiyaya ixracının dəyəri 446 milyon dollar, bu ölkədən idxalının dəyəri isə 920,7 milyon dollar dəyərində olub (“iqtisadiyyat.az”).

Ekspertlər bildirirlər ki, iki ölkə arasında ticarət dövriyyəsinin azalmasının əsas səbəbi Rusiyadan idxalın kəskin geriləməsidir.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk rübündə Rusiyadan Azərbaycana idxal 2,3 dəfə azalaraq 523 milyon dollara düşüb. Azərbaycandan Rusiyaya ixrac isə cəmi 4,3% azalıb.

Rusiyadan idxalın böyük hissəsini, adərtən neft və neft məhsulları təşkil edir. Bu ilin ilk 5 ayına aid məlumatlarda bütün məhsul qrupları üzrə bölgü hələ dərc edilməyib. Keçənilki statistika isə belədir: 2025-ci ilin yanvar–may aylarında Azərbaycan Rusiyadan 293,8 milyon dollar dəyərində neft idxal edib – 2024 cü illə müqayisədə 13,2% az. Həcm ifadəsində azalma isə 2,2% olub. Məbləğ və həcm arasındakı ciddi fərq göstərir geriləmənin əsas səbəbinin idxal olunan neftin miqdarının azalması yox, neftin dünya bazarında və ya müqavilələr üzrə orta alış qiymətinin aşağı düşməsindən qaynaqlana bilərdi.

Bundan başqa, keçən ilin ilk beş ayında iki ölkə arasında ticarət dövriyyəsi təxminən 2,05 milyard dollar təşkil edib. Bu, 2026-cı ilin eyni dövrüylə müqayisədə 36,7%, 2024-cü ilin ilk beş ayıyla müqayisədə isə təxminən 14% çoxdur.

Ekspert qiymətləndirmələrinə görə, 2025-ci ildə Rusiya ilə ticarətdə qeydə alınmış yüksək göstəricilər müəyyən mənada istisnai xarakter daşıyıb. 2026-cı ildə isə Rusiyandan idxalın dazalması nəticəsində ikitərəfli ticarət dövriyyəsində nəzərəçarpacaq geriləmə yaranıb.

“Politfm”