Foto: internet

 

 

Milli Məclisin sabah – mayın 1-də keçikriləcək plenar iclasında Gömrük Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunacaq.

 

Layihədə qeyd olunub ki, gömrükdən keçdiyi gündən 6 ay müddətində rəsmiləşdirilməmiş ya rəsmiləşdirilməsi başa çatdırılmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək (“İqtisadiyyat.az”).

Məcəllənin indiki tələblərinə görəsə, ancaq bu hallarda dövlət mülkiyyətinə keçirmə qərarı verilirdi:

– mallar gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilərdisə% – şəxs özü öz malından və nəqliyyat vasitələrindən dövlətin xeyrinə imtina edərsisə.

Mövcud qanunvericiliyin sərtləşdirilməsi hökumətə gömrük prosedurlarının icrası və sahiblik hüququnun qorunmasıyla bağlı məsuliyyət yaradır.

Qeydiyyat və rəsmiləşdirmə problemləri

Uzun müddətdir ki, mütəxəssislər və sahibkarlar gömrük rəsmiləşdirmələrində bir sıra çətinliklərdən şikayətlənirlər. Əsas problemlər kimi aşağıdakılar göstərilir:

– sənədləşmə prosesində gecikmələr və mərhələlərin çoxluğu;
– bəzi hallarda elektron sistemlərdəki texniki nasazlıqlar;
– qiymətləndirmə və təsnifat üzrə izahların qeyri-kafiliyi;
– idxalçılar üçün məlumatların vaxtında və aydın təqdim olunmaması.

İdxalla məşğul olan şəxslərin şikayətlərində xüsusilə vurğulanır ki, malların vaxtında rəsmiləşdirilməməsi çox vaxt onların şəxsi nəzarətində olmayan səbəblərdən baş verir.

Nəticədə:

1) malların anbarlarda uzun müddət saxlanması əlavə xərclər yaradır;
2) gecikmələr bəzən cərimələrə və riskli vəziyyətə gətirib çıxarır;
3) prosedur mürəkkəbliyi kiçik sahibkarlar üçün əlavə maneələr çecrilir.
Bəzi şikayətlərdə isə qeyd olunur ki, yeni sərtləşdirilmiş yanaşma bu problemləri həll etmək əvəzinə, rəsmiləşdirmə gecikmələri olan hallarda sahibkarların riskini daha da artıracaq.

Dəyişikliklər sahibkarlar üçün hansı riskləri yaradır?

Hazırda qüvvədə olan qaydalara görə, gömrük işi sahəsində hüquqpozmalar və ya müsadirə halları məhkəmə qərarı və ya könüllü imtina əsasında dövlət mülkiyyətinə keçidlə nəticələnir. Yeni dəyişiklik isə müddət meyarını ayrıca əsas kimi əlavə edir. Bu isə inzibati yükün artmasına gətirib çıxaracaq. 

Əsas risk isə budur – idxal prosesində sahibkarın günahı olmayan texniki və ya inzibati gecikmələr mülkiyyət itkisiylə nəticələnə bilər. Bu, xüsusilə də kiçik və orta sahibkarlar üçün ciddi risklər yaradır.

Bundan başqa, bazar iştirakçıları üçün proqnozlaşdıra bilmə imkanı məhdudlaşır: malların gömrükdə qalma müddətinin hüquqi nəticəsi daha sərt olduğu üçün logistika planlaşdırması daha yüksək ehtiyatlılıq tələb edəcək.

Bu dəyişikliklər:
– anbar xərclərinin artmasına;
– idxal axınlarının daha konservativ planlaşdırılmasına;
– “konkret vaxtda” təchizat üsulunun zəifləməsinə səbəb ola bilər.

Yeni qayda xüsusilə də tranzit və idxal-ixrac zəncirlərində vaxt riskini daha kritik amilə çevirəcək.

Qəsdən gecikdirmə riski

Sahibkarların əsas narahatlıqlarından biri də gömrük prosedurlarında inzibati və ya qeyri-obyektiv gecikdirmələrin ola biləcəyi ehtimalıdır. Yəni rəsmiləşdirmənin uzanması texniki səbəblərlə izah olunsa belə, gecikmə süni şəkildə yaradıla bilər. Bu, mülkiyyətin dövlətə keçməsi riskini ciddi dərəcədə artıran amillərdən biridir.

Ekspertlər hesab edirlər ki, yeni qaydanın effektivliyi üçün bu şərtlərə əməl edilməsi əsas şərtdir:

– gömrük prosedurlarının şəffaflığı təmin olunmalıdır;
– elektron sistemlər kəsintisiz fəaliyyət göstərməlidir;
– inzibati şikayət mexanizmlərinin operativliyi təmin edilməlidir.

Başqa sözlə, hələ ki biznes üçün hüquqi və əməliyyat risklərini artırırmış kimi görünən dəyişikliklərin faydalı olması, sahhibkarlar üçün əlavə problemlər yaratmaq vasitəsinə çevrilib-çevrilməyəcəyi yeni qaydaların necə icra olunacağından və inzibati tətbiq mexanizmlərindən asılı olacaq.


“Politfm”