Foto: Barbara Gindl/dpa/



2025-ci ilin sonunda qlobal miqyasda sübut olunmuş xam neft ehtiyatları 1 trilyon 572 milyard 459 milyon barel olub – əvvəlki illə müqayisədə 7 milyard 313 milyon barel çox.

Bu barədə OPEC-in illik hesabatında qeyd olunub.

Bildirilir ki, 2025-ci ildə qlobal neft hasilatı əvvəlki ilə nisbətən 2 milyon 241 min barel artaraq gündəlik 74 milyon 853 min barelə çatıb. 2024-cü ildə bu göstərici 72 milyon 612 min barel idi.

Hesabata görə, gündəlik qlobal neft tələbatı keçən il orta hesabla 105 milyon 150 min barelə çatıb ki, bu da əvvəlki ilə nisbətən 1 milyon 302 min barel artım deməkdir.
Ən yüksək artım İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv olmayan ölkələrdə, əsasən də Asiya, Çin, Afrika, Latın Amerikası, Hindistan və Yaxın Şərqdə müşahidə olunub.

Qlobal neft ixracı isə 2024-cü illə müqayisədə keçən il 1 milyon 282 min barel artaraq gündəlik 44 milyon 547 min barelə çatıb.

 

“Politfm”