Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Oleksandr Sırski (Foto: facebook.com/CinCAFofUkraine)
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Oleksandr Sırski öz “Facebook” səhifəsində yazıb ki, Rusiyanın zərbə dronlarını məhv edən Ukrayna pilotsuz təyyarələrinin səmərəliliyi ciddi dərəcədə yüksəlib.
Onun sözlərinə görə, mart ayında “tutucu dronların döyüş uçuşlarının sayı və məhv edilən hədəflərin göstəriciləri fevral ayı ilə müqayisədə təxminən 55% artıb”.
Sırski qeyd edib ki, Ukrayna “düşmənin “Şəhid” dronlarıyla son günlərdəki kütləvi hücumlarından nəticə çıxarır”.
“Rəqib taktikanı dəyişir – biz də öz fəaliyyətimi buna adaptasiya edirik və zərbə PUA-larına qarşı yeni effektiv mübarizə üsulları hazırlayırıq” deyə, Sırski əlavə edib.
Onun sözlərinə görə, yazın əvvəlindən bəri Ukraynanın tutucu dronları Rusiyaya məxsus 2,3 mindən çox hava hədəfini məhv edib.
“Ən yüksək səmərəliliyi Ukrayna istehsalı olan dronlar nümayiş etdirir” – Sırski belə yazıb.
“Politfm”



