İranın Xarq adasındakı neft terminalının peyk görüntüsü, 25 fevral 2026 (Foto: Planet Labs PBC/Reuters)
Tramp İrandakı bütün elektrik stansiyalarını, neft quyularını və Xark adasını partlatmaqla hədələyib.
“Amerika Birləşmiş Ştatları İrandakı hərbi əməliyyatlarımızı dayandırmaq üçün YENİ, DAHA AĞILLI REJİMLƏ ciddi danışıqlar aparır” – ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” şəbəkəsində belə yazıb.
“Əhəmiyyətli irəliləyiş əldə olunub, amma hər hansı səbəbdən yaxın vaxtlarda razılıq əldə olunmasa – ki, böyük ehtimalla belə də olacaq – və Hörmüz boğazı dərhal biznes üçün açılmasa, biz İrandakı möhtəşəm fəaliyyətimizi onların bütün elektrik stansiyalarını, neft quyularını və Xark adasını (və bəlkə də bütün duzsuzlaşdırma qurğularını!) – hansı ki, biz bilərəkdən hələ onlara toxunmamışıq – partladaraq və tamamilə məhv edərək başa çatdıracağıq” deyə, o əlavə edib.
Tramp keçən həftə bildirmişdi ki, İranın enerji resurslarına hücumlar 10 günlük müddətə – aprelin 6-na qədər təxirə salınacaq.
Vaşinqton danışıqlarda irəliləyiş olduğunu bildirməklə yanaşı, regiona əlavə qüvvələr də göndərir. İran parlamentinin spikeri Məhəmməd Bağer Qalibaf ABŞ-ni danışıqlar barədə siqnallar göndərməklə eyni zamanda qurudan müdaxilə planlaşdırmaqda ittiham edib. İran liderləri ABŞ ilə birbaşa danışıqlar aparmadıqlarını bildirirlər.
“Politfm”



