Foto: “T.ME/ODESKAODA”
Rusiyanın Ukraynaya genişmiqyaslı hava hücumu nəticəsində 17 nəfər həlak olub. Onlardan doqquzu Odessaya; dördü Kiyevə hücumlar zamanı ölüb. Daha dörd nəfərsə Dneprdə həyatını itirib. Fasiləsiz hücumlar bir sutkadan artıq davam edib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, çərşənbə günü səhər saat 7-dən cümə axşamı səhər saat 7-dək Rusiya Ukrayna ərazisinə 44 ballistik və qanadlı raket, 659 dron atılıb.
Rəsmi məlumatlara görə, 17 nəfər həlak olub, 100-dən çox şəxs yaralanıb.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, zərbələr hərbi-sənaye obyektlərinə, həmçinin “Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunan” yanacaq-energetika infrastrukturu obyektlərinə endirilib.
Kiyevin Podolsk rayonunda raket qalıqları 16 mərtəbəli yaşayış binasının altıncı mərtəbəsinə düşüb. Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, digər bir dron “18 mərtəbəli binaya çırpılıb”.
Həmin rayonun başqa bir hissəsində açıq əraziyə düşən raketin zərbəsi nəticəsində yaşayış binalarının fasadları dağılıb. Xilasedicilərin məlumatına görə, dağıntılar altından iki nəfərin cəsədi çıxarılıb, onlardan biri 12 yaşlı uşaq olub.
“Politfm”



