Foto: Aleksandr Patrin/ TASS
Ermənistanda biznesmen Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasıyla əlaqəli 14 nəfər saxlanılıb.
İstintaq orqanının açıqlamasına görə, söhbət seçicilərin pulla ələ alınmasıyla bağlı cinayət işindən gedir.
Partiya ilə əlaqəli ünvanlarda axtarışlar aparılıb, saxlanılan şəxslər Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Partiyada isə bunu təzyiq kimi qiymətləndiriblər. Bildirilib ki, saxlanılanlar arasında seçki siyahısında yer almış namizədlər də var. Eyni zamanda, iddia olunur ki, ittihamların bir hissəsi hətta “xeyriyyə fəaliyyətinə qadağa” ilə əlaqələndirilir.
Hadisələr Samvel Karapetyanın özüylə bağlı məhkəmə prosesi fonunda baş verir. O, hakimiyyəti ələ keçirmək çağırışdan tutmuş maliyyə cinayətlərinə qədər bir neçə ağır maddə üzrə ittiham olunur.
Parlament seçkiləri iyunun 7-nə təyin edilib.
“Politfm”



