Foto: “RadioSvoboda”


Rusiya Dövlət Dumasının çərşənbə axşamı ilk oxunuşda qəbul etdiyi qanun layihəsinə görə, xarici dövlətlərdə həbs edilən, cinayət və ya digər təqiblərə məruz qalan Rusiya vətəndaşlarının müdafiəsi üçün Rusiya ordusundan istifadə ediləcək.

 

Qanun layihəsini Dumaya hökumət təqdim edib. Layihəyə əsasən, Rusiya prezidenti Rusiyanın iştirakı olmadan səlahiyyət verilmiş xarici və beynəlxalq məhkəmələr tərəfindən təqib olunan Rusiya vətəndaşlarını müdafiə etmək məqsədilə həmin ölkələrə hərbi qüvvə göndərmək hüququna malik olacaq.

Eyni zamanda, prezidentin qərarıyla dövlət orqanları xaricdə təqib olunan vətəndaşların müdafiəsi üçün zəruri tədbirlər görə biləcəklər.

Layihədə xaricdə həbs edilmiş şəxsləri müdafiə etmək üçün ordudan konkret olaraq necə istifadə ediləcəyi qeyd olunmayıb.

“Politfm”