Foto: “shutterstock”


Dövlət Statistika Komitəsinin son açıqlamasına görə, 2025-ci ilin mart ayı ilə müqayisədə illik qiymət artımı 5,6%, son bir ayda isə 0,5% təşkil edib.

 

Cari ilin mart ayında əvvəlki aya nisbətən uzun düyü, çörək, toyuq əti, təzə balıq, süd, pendir, süfrə marqarini, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, banan, alma, armud, kivi, qoz, fındıq, xiyar, pomidor, şirin bibər, balqabaq, yerkökü, kartof bahalaşıb; yumurta, şabalıd, gül kələmi, brokkoli, sarımsaq, soğan isə ucuzlaşıb.
2026-cı ilin mart ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,0%, əvvəlki ilin müvafiq ayına nisbətən 6,5 faiz artıb.

Qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2%, əvvəlki ilin müvafiq ayına nisbətən 3,7% artıb; sement, mebellər, zərgərlik məmulatları bahalaşıb, qış geyimləri və məişət cihazları isə ucuzlaşıb.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2%, əvvəlki ilin müvafiq ayına nisbətən 5,7% təşkil edib.

Əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri bahalaşıb, xarici ölkələrə təşkil edilən istirahət turlarının dəyəri isə ucuzlaşıb.

“Politfm”